Fevralın 13-ü saat 17:00-a olan məlumatına əsasən Zaqatala, Şəki, Balakən rayonlarında qar yağır. Bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Şimal-qərb küləyi arabir Zaqatalada 25 m/s, Balakəndə 24 m/s, Naftalan, Qobustan, Şəkidə 22 m/s, Daşkəsəndə 20 m/s, Ceyrançöl, Tovuz, Gəncədə 18 m/s, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib. […]
Britaniyada 2022-ci ildə körpələrə ən çox qoyulan adlar məlum olub. “BabyCentre” bu il İngiltərədə yeni doğulan uşaqlar üçün seçilən ən populyar 100 adın siyahısını dərc edib. 7 illik liderlikdən sonra qız adları arasında Olivia öz mövqeyini itirib. 2022-ci ildə zərif cins üçün ən populyar ad Lili olub. Oğlanlara gəlincə, Məhəmməd adı öz birinciliyini qoruyub. Mənbə: […]
Şoko Azərbaycan karate növü üzrə idmanın tarixinə öz layiqli imzasını atan İbrahim Cəbizadənin bu gün 15 yaşı tamam olur. XəbərAl.az olaraq öz adımızdan, idman sevərlər adından az yaşlı igidimizi təbrik edirik.Şəxsi həyatında, idman arenasında bitib-tükənməz uğurlar arzular diləyirik. Hər zaman üç rəngli bayrağımızı yarış meydanlarında zirvələrə qaldırmaqla öz izini qoymaqda davam edən gəncimizə daima güc-qüvvət arzulayırıq. […]