Türkiyə Kubokunun sahibi “Fənərbağça”nın yeni baş məşqçisinin adına aydınlıq gəlib. Komandanı Xorxe Jesusdan sonra Vinçenso Montella çalışdıracaq. “Adana Dəmirspor”un italiyalı baş məşqçisinin “Fənər”in prezidenti Ali Koçla bir neçə gün əvvəl görüşərək hər şeyi razılaşdırdığı məlum olub. Razılaşmanın yaxın vaxtlarda rəsmən açıqlanması gözlənilir. Mənbə: Haber Global Xeberal.az
Bakıda avtomobilin vurduğu piyada 5 gün sonra ölüb. APA xəbər verir ki, Yasamal rayonu, Nazim Hikmət küçəsində Orxan Hüseynov idarə etdiyi “Opel Astra” markalı avtomobillə yolu keçmək istəyən Samir Əhmədovu vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o, ötən gün müalicə aldığı xəstəxanada ölüb. Faktla bağlı cinayət işi başlanılıb. Xeberal.az
Yayılan qeyri-rəsmi məlumatlara görə, Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) texniki müşahidəçiləri Madrid “Real”ının hücumçusu Kərim Benzemanı 2021/22 mövsümünün ən yaxşı futbolçusu seçiblər. Ən yaxşı oyunçunun rəsmi açıqlanacağı təntənəli mərasim avqustun 25-i cümə axşamı günü keçiriləcək. İlk üçlüyə 34 yaşlı fransalıdan başqa, Kral klubunun qapıçısı Tibo Kurtua və “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruyne də düşüb. […]