Daşınmaz əmlak obyektlərinə ünvan verilməsi qaydaları dəyişib. APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”na edilən dəyişiklikdə əksini tapıb. İndiyə qədər çoxmənzilli binaların, fərdi yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin və onların tərkib hissələrinin girişlərinə ünvan verilir. Bundan sonra çoxmənzilli binaların, qeyri-yaşayış binalarının, onların […]
Sel suları Xızıda fəsadlar törədib. Bu barədə videogörüntü sosial şəbəkələrdə paylaşılıb. Xızıda avtomobil yolları lil, palçıq içərisində qalıb. Vətəndaş iddia edir ki, körpünü sel aparıb və bir avtomobili yoldan çıxararaq kənara atıb. Həmin görüntüləri təqdim edirik: Xeberal.az
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı Prezident.az məlumat yayıb. Sərəncama əsasən, “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiq edilir. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini, icrasına nəzarəti və hesabatlılığını Azərbaycan Respublikasının […]