Sakaryadan İstanbula istirahət etməyə gələn qadın küçədə ona sataşan kişinin hərəkətlərini telefonuna çəkərək polisə şikayət edəcəyini bildirib. Nəticədə kişi onu təqib etməyə başlayıb və ardınca mağazaya daxil olaraq qadını amansızcasına döyüb. Hadisə marketin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb: Mənbə: DHA Xeberal.az
Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutuna yer ayrılmaması ilə bağlı əməkdaşların narazılığı barədə yayılan xəbərlərə münasibət bildirib. Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ Elm və Təhsil Nazirliyinin nəzarətindədir: “Dendrologiya İnstitutunun hüquqi statusuna edilən müvafiq dəyişiklikdən sonra qurumun bütün əməkdaşlarının əməkhaqqıları vaxtında ödənilir. Dendrologiya İnstitutuna yeni ərazinin ayrılması nazirlik tərəfindən hazırda müzakirə olunur. Yaxın […]
Bakıda 67 yaşlı kişi imtahan zamanı qəfil vəfat edib. “Qafqazinfo” xəbər verir ki, hadisə Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən Peşəkar Mühasib Sertifikatı imtahanında baş verib. İmtahanda iştirak edən 1956-cı il təvəllüdlü Alxaz Abid oğlu Qəribov özünü pis hiss edib və imtahan zalında vəfat edib. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. Xeberal.az