Baku TV-nin efirində xəbər vaxtıdır. Dövlət bayrağını təhqir edən ermənilər Laçın sərhəd-buraxılış məntəqəsində saxlanıldı. Baş Prokurorluq istintaqa başladı. Fransa ölkəmizə qarşı riyakarlığı davam edir. Rəsmi Paris “Laçın yolu” ilə bağlı növbəti qətnamə layihəsini təqdim etməyə hazırlaşır. Koronavirus geri qayıdır? Ümumdünya Səhiyyə Təşkilatı və Səhiyyə nazirliyinin eksperti xəbərdarlıq etdi. Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında: Xeberal.az
Avropalı bioloqlar aşkar ediblər ki, öd turşusu əsaslı məşhur qaraciyər dərmanı olan “Ursodiol” sişanlarda koronavirusu müalicə edir və SARS-CoV-2 hissəciklərinin ağciyər hüceyrələrinə daxil olmasının qarşısını alır. Bu barədə bazar ertəsi Kembric Universitetinin mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, koronavirus epidemiyası başlayandan bəri bioloqlar və həkimlər mövcud dərmanların və müxtəlif bioloji aktiv maddələrin virusa necə […]
Ələt-Astara yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb. Videodan görünür ki, hadisə nəticəsində iki yük avtomobili toqquşub. TIR-lara ciddi ziyan dəyməklə bərabər onların yükləri yolun hərəkət hissəsinə dağılıb və digər avtomobillər üçün maneəyə səbəb olub. Hadisənin görüntülərini təqdim edirik: Xeberal.az