Həbsdə olan meyxanaçı Rəşad Dağlının oğlu daha bir diqqətçəkən paylaşım edib. Lent.az xəbər verir ki, Yusif əmisi Ataşın paylaşdığı videonu yayımlayaraq, atasının saxlanılmasından 1 ay ötdüyünü qeyd edib. Xatırladaq ki, noyabrın 9-u İskəndər Mehtiyevi öldürməkdə ittiham olunan Rəşad Əmirov barəsində Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Braziliyanın Espiritu-Santu ştatında yarı avtomatik tapança və atasının revolveri ilə silahlanmış yeniyetmə iki məktəbdə atışma nəticəsində dörd nəfəri öldürüb. Dördüncü qurbanın ölümünü regionun rəhbəri Renato Kasaqrande “Twitter”də açıqlayıb. Məlumata görə, noyabrın 25-də 16 yaşlı gənc Arakruz ərazisində iki məktəbə atəş açıb. İki müəllim və bir şagird hadisə yerində ölüb, daha 13 nəfər yaralanıb. “Təəssüf ki, […]
Naxçıvan Muxtar Respublikasının (NMR) Naxçıvan şəhərində “AzSamand” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Xeberal.az