Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Əfqan Vəliyev olub. Ə.Vəliyev vaxtilə yaşadığı Göyçə mahalı Basarkeçər rayonu Sədənağac kəndinin tarixindən, təbiətindən, maddi-mədəni irs nümunələrindən danışıb. O, uşaqlığının keçdiyi bu qədim və tarixi Azərbaycan kəndində yaşadıqlarını dilə […]
Göyçayda 59 yaşlı Rusiya vətəndaşı itkin düşüb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Rusiya Federasiyasının vətəndaşı, 1964-cü il təvəllüdlü Sergey Nikolayeviç Kuzmin avqustun 9-da son üç ildir Göyçay rayonunda yaşadığı ünvandan çıxıb və geri qayıtmayıb. Şəkildəki şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, eləcə də […]
Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin xüsusi təlim keçmiş itləri Türkiyənim Kahramanmaraş şəhərində 15 canlını dağıntılar altında aşkarlayıb. Bu barədə “Report”un Türkiyəyə ezam olunmuş əməkdaşına FHN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, xüsusi təlim keçmiş itlər uçqunlar altında 27 meyiti aşkar edib. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir. Xeberal.az