Yeni Kaledoniyanı vətəndaş müharibəsinin kabusu təqib edir. Fransa Prezidenti Emmanuel Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırıb. Bu barədə Türkiyənin “Haber Global” televiziyasının yayımladığı silsilə reportaj və süjetlərdə deyilir. Reportajda qeyd edilib ki, Fransa Afrikadan qovulduqdan sonra Ermənistanla Cənubi Qafqaza təsir imkanlarını genişləndirməyə başlayıb. “Paris Afrikadan qovulma səbəbi kimi Rusiya və Türkiyəni görür. Hazırda […]
Məleykə İbrahim qızı Abbasova Qusarın Nəcəfkəndoba kənd orta məktəbinin həm müəllimi, həm də direktorudur. Məleykə xanım Bizim.Media-ya bildirib ki, məktəbdə 1-ci, 2-ci və 3-cü sinif şagirdləri üçün komplektləşdirilmiş bir sinif və cəmi 4 şagird var. Məleykə müəllimə 2019-cu ildə Azərbaycan Pedaqoji Universitetinin Quba filialının “ibtidai təhsil metodikası” fakültəsini bitirib. 2020-ci ildə Elm və Təhsil Nazirliyi tərəfindən təşkil […]
Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ikinci dövrəsinin startı məhsuldarlıqla əlamətdar olub. Oxu.Az-ın məlumatına görə, IX turda ümumilikdə 19 qol vurulub. Bu isə 2023/2024 mövsümünün rekordudur. Orta məhsuldarlıq 3,8-ə bərabərdir. Bu turda “Neftçi” “Səbail”i (4:2), “Sabah” “Sumqayıt”ı (3:1), “Araz-Naxçıvan” “Qəbələ”ni (4:1) məğlub edib. “Turan-Tovuz” – “Qarabağ” (2:2) və “Kəpəz” – “Zirə” (0:0) görüşlərində qalib müəyyənləşməyib. […]