“Zəlzələdən zərər çəkən Qaziantepdə axtarış-xilasetmə işləri başa çatıb”. Bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Qaziantepin Nurdağı rayonunda açıqlama verib. “Qaziantep vilayətimizdə axtarış-xilasetmə işləri tamamlanıb”, – deyə qurumdan bildirilib. Mənbə: Ntv.com.tr Xeberal.az
Bakının Nərimanov rayonu, Ağa Nemətulla 26 ünvanında yerləşən yaşayış binasının zirzəmisinə kanalizasiya suları dolub. Sakinlər bildiriblər ki, bu hal tez-tez baş verir. Çirkab sularının qoxusundan evdə oturmaq olmur. Onların sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, problem həllini tapmayıb. Daha ətraflı “ATV Xəbər”in süjetində: Xeberal.az
“YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov bildirib ki, ötən üç il ərzində fonda 234 637 müraciət daxil olub. “Report” xəbər verir ki, o bunu fondun üç illik hesabatına həsr edilmiş mətbuat konfransında deyib. “Çağrı üçün 189 205, qəbul üçün 4 510, sosial mediadan isə 40 922 müraciət olub”. Onun sözlərinə görə, bu dövr ərzində “YAŞAT” Fondunun […]