Rusiya təbliğat kanalları bir neçə gün əvvəl akvadronların hücumuna məruz qalan Rusiyanın “Oleneqorskiy qornyak” adlı böyük desant gəmisinə dəyən zədənin fotolarını şəbəkəyə sızdırıb. Fotoşəkildə gəminin quru dok üzərində olduğu əks olunub. Gəminin kənar hissəsində böyük yanmış zədə var. Onun hündürlüyü bir yarım-iki insan boyu ölçüsündədir. Həmçinin bu zədənin ən dərin nöqtəsində dəlik olduğu da müşahidə […]
Qobustan rayonunun ərazisində ağır yol-nəqliyyat qəzası baş verib. APA xəbər verir ki, Bakı-Qazax magistralının 57-ci kilometrliyində yük avtomobili “Mercedes Vito” markalı mikroavtobusa arxadan çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır. Xeberal.az
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat tədbiri keçirilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı şəhər sakini, 1964-cü il təvəllüdlü Elman Əsədov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilərkən […]