Azərbaycan Respublikasının vətəndaşı Ağayev Davud Şahəddin oğlunun 3 iyul 2018-ci il tarixdə Kiyev şəhərində odlu silahla qəsdən öldürülməsi faktı ilə bağlı Ukraynanın istintaq qurumunda başlanmış cinayət işi 2020-ci il oktyabrın 21-ində istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Baş Prokurorluqda aparılan istintaq tədbirləri ilə müəyyən olunub ki, Azərbaycan Respublikasının vətəndaşı Həsənov Yasin Teymur oğlu yaşadığı […]
Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Prezident.az xəbər verir ki, məktubda deyilir: “Diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi münasibətilə Sizə ən xoş arzularımı yetirirəm. Şadam ki, son üç onillikdə ölkələrimiz arasında əlaqələr davamlı şəkildə inkişaf edib və biz qarşılıqlı hörmətə əsaslanan sıx strateji tərəfdaşlıq münasibətləri qurmuşuq. Sizi əmin edirəm […]
Bakı sakini, üç əlil uşaq anası Nərgiz Sultanova Media.Az-ın redaksiyasına kömək çağırışı ilə müraciət edib. “Biz ərimlə əmioğlu-əmiqızıyıq, ona görə də uşaqlarımız sağlam deyil”, – deyə qadın etiraf edib. Nərgiz Sultanovanın böyük qızı, 14 yaşlı Fatimə serebral iflicdən əziyyət çəkir, ortancıl və kiçik övladları olan 12 yaşlı Sahib və 9 yaşlı Dilarəyə isə Kanner sindromu […]