Təkrar sertifikatlaşdırmadan keçməyən 50 müəllim digər vəzifələrdə işlə təmin edilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən məlumata görə, idarənin tabeliyindəki ümumi təhsil müəssisələrindən 141 müəllim təkrar sertifikatlaşdırma imtahanından müvafiq keçid balını toplaya bilməyib. Bu baxımdan onların əmək müqaviləsinə “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq bəndinə uyğun olaraq […]
Burkina-Faso hökumətinin yanvarın 22-də qəbul etdiyi qərara görə, Fransa silahlı qüvvələri ölkə ərazisini bir ay ərzində tərk etməyə borcludur. Burkina-Faso ərazisində Fransa hərbi kontingentinin mövcudluğu ilə bağlı razılaşma hökumət tərəfindən pislənilib. “Hökumət 2018-ci ildən Fransa silahlı qüvvələrinin mövcudluğunun tənzimləndiyi sazişi denonsasiya edib. Sazişin şərtlərinə əsasən, bu, Fransa silahlı qüvvələrinə Burkina-Faso ərazisini tərk etmək üçün bir […]
Millət vəkili Vahid Əhmədov əlavə dəyər vergisinin (ƏDV) ərzaq məhsullarına 1-2 faizlə cəlb olunmasını təklif edib. Deputat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sentyabrın 19-da keçirilən iclasında hər şeyə 18 faiz ƏDV tətbiq etməyin doğru olmadığını, verginin diferensiallaşdırılmalı olduğunu deyib. “Hazırkı vəziyyətdə hökumət ərzaq məhsullarının idxalına gömrük vergisi tətbiq etməməlidir”, – deyə o […]