Xəbəral.az xəbər verir ki, Tanınmış jurnalist, BÖLGƏ TV-nin və Bolgexeber.com saytının rəhbəri Vasif Turanın övladlarının faciəvi şəkildə dünyalarını dəyişməsindən artıq 10 il keçir. Düz 10 il əvvəl, 7 oktyabr 2011-ci ildə Qobu qəsəbəsində baş verən dəhşətli yanğın hadisəsi nəticəsində 9 yaşlı Rüfətlə, 11 yaşlı Əhməd yanaraq, tələf olmuşdular. Jurnalist neçə illərdir həlak olmuş övladlarının acısını çəkir.Vasif Turan 10 ildir […]
Bakının Binəqədi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, avtomobil yolu keçən 1958-ci il təvəllüdlü Rəhilə Əhməd qızı Əliyevanı vurub. Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Hadisənin təfərrüatı araşdırılır. Xeberal.az
Avropa Birliyinin ERASMUS proqramı çərçivəsində Bolqarıstan Respublikasının G.S.Rakovski adına Hərbi Akademiyasının nümayəndələri ölkəmizə səfər edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda bolqarıstanlı nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Hərbi İdarəetmə İnstitutunun xarici dil müəllim heyətinin tədrisi, qiymətləndirilmə, STANAG testlərinin tərtibatı və tədris proqramlarının hazırlanması istiqamətində təcrübə mübadiləsinin aparılması məsələləri […]