Kişi şahmatçılar arasında Azərbaycan çempionatının qalibi məlum olub. “Report”un məlumatına görə, ölkə çempionu tay-brekdə müəyyənləşib. Finalın ilk rapid mübarizəsində ağ fiqurlarla oynayan Vasif Durarbəyli Vüqar Əsədlini məğlub edib. İkinci görüşdə də qələbə qazanan Vasif Durarbəyli Azərbaycan çempionatının qalibi olub. Bu, Durarbəylinin karyerasında ikinci ölkə çempionluğudur. İlk dəfə 2021-ci ildə şahmatçı Azərbaycan çempionatında birinci yeri tutub. […]
Dünən, sentyabrın 13-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclasında “Vəkillərin peşə hüquqlarının müdafiəsi komitəsi”nin Əsasnaməsinin layihəsi müzakirə edilib. Bu barədə Vəkillər Kollegiyası məlumat yayıb. İclasda əvvəl Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü İlhamə Həsənova məruzə edərək Əsasnamənin müddəalarını Rəyasət Heyətinin üzvlərinin nəzərinə çatdırıb. Müzakirə olunan əsasnamədə komitənin yaradılma məqsədi, fəaliyyət istiqamətləri, səlahiyyətləri, strukturu və […]
Xaçmaz rayonunda bıçaqlanma baş verib. “Report”un xəbərinə görə, 1993-cü il təvəllüdlü Hacıyev Ayaz Nemət oğlu tanımadığı şəxslə mübahisə zamanı bıçaq xəsarəti alıb. Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az