İraqəsilli Salvan Momika İsveçdə yenidən “Qurani-Kərim”i yandırıb. Hadisə Malmö şəhərində ictimaiyyətin gözü qarşısında baş verib. Naməlum şəxs aksiyanın qarşısını almağa çalışıb və polis tərəfindən saxlanılıb. Aksiyada 200-ə yaxın insan iştirak edib. Qeyd edək ki, iraqlı miqrant olan Momika yaxın üç həftə ərzində Stokholm, Malmö və digər yerlərdə oxşar tədbirlərin keçirilməsi üçün ölkə hakimiyyətinə 12 yeni ərizə […]
Bu həftə məntəqə seçki komissiyaları tərəfindən səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bildirişlərin seçicilərə paylanması müddəti başa çatır. Secki-2024.az xəbər verir ki, bu barədə işlər yanvarın 31-dək yekunlaşmalıdır. Belə ki, səsvermə gününə 7 gün qalanadək məntəqə seçki komissiyaları tərəfindən səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bildirişlər seçicilərə paylanmalıdır. Xeberal.az
Polislər axşam saatlarında çimərliklərə girişi dayandırıblar. Bu barədə Oxu.Az-a ətrafdakı vətəndaşlar məlumat veriblər. Bildirilib ki, polis əməkdaşları girişi bağlayan zaman heç bir xəbərdarlıq etməyiblər. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, polis əməkdaşları tərəfindən ictimai çimərliklərə təhlükəsizlik məqsədilə havanın qaranlıq saatlarında giriş dayandırılır: “Batma və […]