Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən dayanma-durma, parklanma qaydalarını pozan, ikinci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülərin müəyyən edilməsi istiqamətində nəzarət-profilaktik tədbirlər keçirilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Bildirilib ki, şəhər ərazisində, hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən tədbirlər zamanı həmin qayda pozuntularına yol verən […]
Kamçatkada (Rusiya) Şiveluç vulkanının son 60 ilin ən güclü püskürməsi baş verib. Kül sütununun hündürlüyü 20 km olub. Sosial şəbəkələrdə bununla bağlı yayılan kadrlarda yollar, binalar və avtomobillərin 8-9 sm kül təbəqəsi ilə örtüldüyü görünür. Yağıntı davam edir. Ekspertlərin sözlərinə görə, Şiveluça ən yaxın yaşayış məntəqəsi olan Klyuçda bu qədər kül yağıntısı sonuncu dəfə 1964-cü […]
İranda hakimiyyətin bütün təzyiq, təqib, edam və həbslərinə baxmayaraq, etiraz aksiyaları davam edir. “Report” xəbər verir ki, bunu yayılan məlumatlar da təsdiqləyir. Məlumata görə, ötən gecə Tehran, Kərəc və Bəndər Abbas şəhərlərində etiraz yürüşləri keçirilib. Güney Azərbaycanın Təbriz və daha bir neçə şəhərində divarlara İran rejiminə qarşı şüarlar yazılıb: “SEPAH cinayət edir, Xamenei himayə edir!”, “Nə […]