Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Trabzonspor”un qonağı Danimarka komandası olub. “Trabzonspor”la qolsuz heç-heçə edən “Kopenhagen” ilk matçda 2-1 hesablı üstünlük əldə etdiyi üçün Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib. Matçın sonunda Kopenhagen futbolçuları nümunəvi davranış nümayiş etdirib. Onlar soyunub-geyinmə otağını təmizlədikdən sonra stadionu tərk ediblər. Həmin anlar klubun rəsmi “Twitter” hesabında paylaşılıb. Türk idmansevərlər bu davranışı […]
Almaniyanın Baden-Vürttemberq əyalətinin İllerkirxberq qəsəbəsində məktəbə bıçaqlı hücum olub. Hadisə nəticəsində iki qız şagird yaralanıb. Uşaqlar xəstəxanaya yerləşdiriliblər. Hadisəni törədən, kimliyi açıqlanmayan şəxs qaçqınların məskunlaşdıqları mərkəzə qaçıb. Onun orada yaşayıb-yaşamadığı müəyyən edilməyib. Onunla birlikdə həmin vaxt mərkəzdə olan digər şəxslər də nəzarətə götürülüblər. Mənbə: Bild Xeberal.az
“Qarabağ”ın üç futbolçusu UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarının rəmzi komandasına düşüb. Oxu.Az xəbər verir ki, qapıçı Andrey Lunyov, yarımmüdafiəçilər Marko Yankoviç və Abdullah Zubir “SofaScore” nəşrinin versiyasına əsasən 11-liyə daxil ediliblər. Portuqaliyanın “Braqa” klubuna qarşı səfərdə keçirilən oyuna əsasən, Lunyov 7,9 xalla, Yankoviç 8,0 xalla, Zubir isə 9,0 xalla qiymətləndirilib. Rəmzi komandaya düşən oyunçulardan yalnız Portuqaliya […]