Oktyabrın 29-da Ukrayna və Rusiya arasında növbəti dəfə hərbi əsir mübadiləsi aparılıb. Bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak özünün “Telegram” kanalında xəbər verir. Onun sözlərinə görə, 52 ukraynalı vətənə qaytarılıb. O da qeyd olunur ki, azadlığa çıxanlardan ən gəncinin 19, ən yaşlısının isə 56 yaşı var. Bəzi şəxslərin döyüş yaraları və ya xroniki xəstəlikləri […]
Məşhur türkiyəli aktyor Sinan Taymin Albayrak rol aldığı “Mehmet Fetihlər sultanı” serialının çəkiliş meydançasında qəza keçirib. At üzərində çəkiləcək səhnədə bədbəxt hadisə baş verib. Aktyor mindiyi atla birlikdə ağaca çırpılıb və ağır yaralanaraq huşunu itirib. Sinan Taymin Albayraka ilk tibbi yardım çəkiliş meydançasında edilib və daha sonra huşsuz halda xəstəxanaya çatdırılıb. Mənbə: Haber Global Xeberal.az
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Meksika Birləşmiş Ştatlarını Milli Günü münasibəti ilə təbrik edib. Bu barədə qurumun “X” sosial şəbəkə hesabında paylaşım edilib. “Meksika xalqını Milli Günü münasibətilə təbrik edir, onlara ən xoş və səmimi arzularımızı çatdırırıq! Azərbaycan Meksika Birləşmiş Ştatları ilə ikitərəfli münasibətlərinin möhkəmlənməsini səbirsizliklə gözləyir! Milli Gününüz mübarək, Meksika!” – paylaşımda qeyd edilib. […]