Keçmiş “Formula-1” pilotu niderlandlı Qido van der Qarde karyerasını başa vurduğunu açıqlayıb. Son illərdə van der Qarde Dünya Dözümlülük Çempionatında (WEC) və Amerika IMSA Seriyasında yarışıb. “Yarış, xüsusən də ABŞ-də çox vaxt aparır. Niderlandda öz biznesim var, ailəm var: həyat yoldaşım və üç övladım. Bəli, bəlkə də, yaş özünü hiss etdirir. Baxdım ki, o qədər […]
Almaniyada Yeni il gecəsi pirotexniki vasitələrdən ehtiyatsız istifadə nəticəsində üç nəfər ölüb. Məlumata görə, ölüm halları Bavariya, Reynland-Pfalz və Saksoniya federal əyalətlərində qeydə alınıb. Ümumiyyətlə, Almaniyada hüquq-mühafizə orqanlarının qeyd etdiyi kimi, Yeni il gecəsi əvvəlki illərlə müqayisədə nisbətən sakit keçib. Eyni zamanda təkcə Berlində 400-ə yaxın adam saxlanılıb, 50-dən çox polis əməkdaşı yaralanıb. Mənbə: TASS […]
Bakının Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın xəbərinə görə, qəza General Əliağa Şıxlinski küçəsində qeydə alınıb. Belə ki, 77-GV-212 dövlət qeydiyyat nömrə nişanlı “Hyundai” markalı avtomobillə motosiklet toqquşub. Ağır qəza nəticəsində motosikletdə olan iki nəfərin ciddi xəsarət aldığı bildirilir. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları çağırılıblar. Xeberal.az