“Killnet” qrupunun rusiyalı hakerləri Latviya Seyminin internet saytını “sındırıblar”. Bu barədə “We are Killnet” hakerləri “Telegram” kanalında məlumat veriblər. Onlar Latviya Seyminin veb-saytının skrinşotunu yayımlayıblar. Skrinşotda “Sayta giriş mümkün deyil” yazılıb. Bundan əvvəl Latviya Seymi Rusiyanı terrorizmin sponsoru kimi tanıyıb. Rusiyanın Ukraynada keçirdiyi müharibə əməliyyatlarına ölkə belə reaksiya verib. Həmçinin Latviya rusiyalılara viza verilməsini qadağan […]
Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub. XəbərAl.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Oktay Süleymanlı tutduğu vəzifədən azad olunub. Nazirin digər əmri ilə, o, Qaradağ Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyinat alıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib. ANAMA-dan verilən məlumata görə, iyunun 21-dən 25-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 84, tank əleyhinə 74 mina və 134 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 1 139 168 m² (114 […]