NATO Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Münhen Təhlükəsizlik Konfransının plenar iclasındakı görüşünə münasibət bildirib. Bu barədə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina “Twitter”də yazıb. “Həqiqətən aktualdır. Bu, Cənubi Qafqazda sabitliyin təminatı üçün açardır. NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasını dəstəkləyir”, – o qeyd […]
Goranboy rayonunun Erkəc kəndində iki nəfər qidadan zəhərlənib. “Report”un Qərb bürosunun məlumatına görə, Goranboy rayon sakinləri – 1996-cı il təvəllüdlü N.Məmmədov və 2003-cü il təvəllüdlü S.Həsənalıyeva yaşadıqları evdə qidadan zəhərləniblər. Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir. Zərərçəkmişlərin yaxınlarının bildirdiyinə görə, onlar göbələk yedikdən sonra vəziyyətləri pisləşib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az
Bu gün paytaxtda velosiped infrastrukturu demək olar ki, yoxdur. Lakin qarşıda velosiped zolaqlarının çəkilməsi nəzərdə tutulur. Bu sözləri Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev AzTV-nin efirində yayımlanan “Evimizdə” proqramında deyib. Onun sözlərinə görə, 2021‒2030-cu illər üzrə “Dövlət Proqramı” çərçivəsində BNA qarşısında dayanan vəzifələr var: “2030-cu ilə qədər bizim milli prioritetlərimiz təsdiq edilib. […]