Polis əməkdaşları həyata keçirdiyi əməliyyatlar nəticəsində ölkə ərazisində narkotik vasitələrin satışını təşkil edən İran vətəndaşının rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstənin üzvlərini saxlayıblar. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qanunsuz dövriyyədən 11 kiloqrama yaxın müxtəlif növdən olan narkotik vasitə və psixotrop maddə metamfetamin çıxarılıb. Belə ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əldə etdiyi […]
Populyar “WhatsApp” ani mesencerində istifadəçilərə mesajların mətnini formatlaşdırmağa imkan verən yeni funksiya əlçatan olacaq. Mütəxəssislər bildiriblər ki, mesencerdə yeni formatlaşdırma alətləri – kodlar bloku, sitatlar və siyahılar bloku olacaq. Mesajın müəyyən hissəsini vurğulamaq üçün kodlar blokundan istifadə olunacaq. Sitat bloku mesajın müəyyən hissəsinə cavab vermək üçün istifadə edilə biləcək. Bunun üçün mətnin qarşısına “>” işarəsi əlavə […]
2021-ci ildə hər saat beşdən çox qadın və qız ailə üzvü tərəfindən öldürülüb. Oxu.Az-ın məlumatına görə, bu barədə BMT-nin femisidlə (femisid – cinsiyyətinə görə qadınların öldürülməsi – red.) bağlı yeni hesabatından aydın olub. Sənədə əsasən, keçən il bütün dünyada qətlə yetirilən 81 100 qadının yarıdan çoxu – 45 000-i (56%-i) əri, sevgilisi və ya digər qohumu […]