Son günlər bəzi saytlarda Xalq artisti Ramiz Məlikin səhhətinin ağır vəziyyətdə olması və aktyorun bu durumuna Mədəniyyət Nazirliyinin biganə qalması ilə bağlı məlumatlar yayılıb. Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən bildirilib. Qeyd olunub ki, Xalq artisti Ramiz Məlik uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkir: “Son günlər ailəsinin qərarı ilə aktyorun müalicəsi özəl klinikaların birində davam etdirilib. Xəstəxanada […]
“Neftçi” ilə Rusiyanın “Spartak” (Moskva) klubu arasında memorandum imzalanıb. Bakı klubundan verilən məlumata görə, əməkdaşlıq bir il müddətinə nəzərdə tutulub. Bununla bağlı bu gün hər iki klub rəhbərliyinin iştirakı ilə imza mərasimi keçirilib. Memorandum əsasında klublar arasında gələcəkdə bütün sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Qeyd edək ki, 1922-ci il aprelin 18-də yaradılan “Spartak” Rusiyada xalqın […]
“Sabah” basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirəcək. Oxu.Az-ın məlumatına görə, Azərbaycan təmsilçisi ikinci matçda Türkiyənin “Bağçaşəhər” kollektivini qəbul edəcək. “Sərhədçi” İdman Mərkəzində təşkil olunacaq qarşılaşma saat 19:00-da start götürəcək. Qeyd edək ki, “Sabah” ilk görüşündə Monteneqroda “Mornar”a 75:80 hesabı ilə uduzub. Xeberal.az