Bakının Qaradağ rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, 2001-ci il təvəllüdlü Yəhyayev Bəhruz Əvşər oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub. Hadisə zamanı xəsarət alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır. Xeberal.az
İtaliya A Seriyasında “Milan”ın “Udineze”ni 3:2 hesabı ilə məğlub etdiyi matçda birincilərin fransız qapıçısı Mayk Minyana qarşı irqçi şüarlar səsləndirən azarkeşə cəza verilib. Məlumata görə o, 5 il müddətinə stadionlardan kənarlaşdırılıb. Sözügedən azarkeşin 46 yaşlı şəxs olduğu müəyyən edilib. “Udineze” klubu açıqlamasında onun komandanın stadionuna ömürlük buraxılmayacağını bildirib. Mənbə: Haber Global Xeberal.az
Lamniyada “Maynts” klubunun ev oyunlarını keçirdiyi “MEWA Arena” stadionun yaxınlığında aktiv bomba tapılıb. Məlumata görə, 500 kiloqramlıq aktiv bomba İkinci Dünya müharibəsindən qalıb. Təhlükəsizlik səbəbilə klub həmin vaxt stadionda olan bütün əməkdaşlarını müvəqqəti olaraq təxliyə etməli olub. Hadisə yerinə gələn mütəxəssislər bombanı zərərsizləşdiriblər. Xatırladaq ki, 31-ci turda “Maynts” şənbə günü “Köln” komandasını qəbul edəcək. Mənbə: […]