İqtisadiyyat Nazirliyinin tabeliyində IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) Müşahidə Şurasının iclası keçirilib. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. Bildirilib ki, iclas Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə baş tutub. İclasda 2021-22-ci illər ərzində 4SİM-in idarə olunması sahəsində həyata keçirilmiş tədbirlər barədə məlumat verilib, 2023-cü il üçün qarşıya qoyulmuş prioritet […]
Dünən Güney Azərbaycanın “Traktor” və Tehranın “Havadar” futbol komandaları arasında baş tutan qarşılaşmadan sonra üç güneyli fəal tutulub. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib. Məlumata görə, güneyli fəallar Səməd Heydəri, Əmin və Əmir Təqizadə Təbrizin Səhənd stadionundan çıxarkən İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıblar. Hələlik onların tutulma səbəbi və haraya aparılması bəlli deyil. […]