Çində həkimlər unikal əməliyyat həyata keçiriblər. “Metro” nəşri xəbər verir ki, həkimlər Sinxay qəsəbəsindən olan 76 yaşlı Duoricini əməliyyat edərək onun başından bıçaq çıxarıblar. Yaşlı kişi başında ağrıların olması şikayəti ilə həkimə müraciət edib. Həkimlər onun başında 26 il əvvəl soyğunçuların vurduğu və qırılıb qalan bıçağı aşkar ediblər. Lakin onlar əməliyyatın kişinin ölümünə səbəb ola […]
Portuqaliya Ukraynaya kömək üçün 15 zirehli transportyor (ZTR) göndərmək qərarına gəlib. Söhbət Amerika istehsalı olan M113 ZTR-lərindən gedir. Ölkə, həmçinin Ukraynaya 5 ədəd 15,5 kalibrli haubitsa və əlli radio qurğusu göndərəcək. Xatırladaq ki, fevral ayında Portuqaliya Rusiya vətəndaşlarına “qızıl” vizaların verilməsini dayandırdığını və Ukraynaya hərbi yardım etmək niyyətində olduğunu elan etmişdi. Mənbə: mk.ru Xeberal.az
Tiktoker Ləman Vəliyevanın saxlanılması ilə bağlı yayılan iddialar həqiqət deyil. Oxu.Az-ın əldə etdiyi məlumata görə, Ləman azadlıqdadır. Qeyd edək ki, bu barədə bəzi saytlarda və sosial şəbəkələrdə məlumatlar yayılıb. Onun sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar etdiyi üçün saxlanıldığı qeyd olunub. Xeberal.az