Tarif (qiymət) Şurasının 26 iyul 2022-ci il tarixində keçirilən növbəti iclasında aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib. Bununla bağlı Şuradan Oxu.Az-a məlumat verilib. Məlumatda bildirilib: “Şuranın iclasında, benzin və dizel üzrə təchizat tariflərinin müəyyən olunmasına dair SOCAR-ın müraciətinə baxılıb. Qeyd edək ki, aparılan tarif dəyişikliyi benzinin və dizelin pərakəndə satış qiymətlərinə təsir göstərməyəcək […]
Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının Argentina Respublikasında və eyni zamanda Paraqvay Respublikasında, Boliviya Çoxmillətli Dövlətində, Çili Respublikasında, Uruqvay Şərq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Xeberal.az
Rusiyanın paytaxtı Moskvada koronavirusla bağlı tətbiq olunan məhdudiyyətlərin müddəti gələn il yanvarın 15-nə kimi uzadılıb. Bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin əmr imzalayıb. Belə ki, hazırda qüvvədə olan məhdudlaşdırılmalara əsasən yaşı 65-dən yuxarı olan və xroniki xəstəliklərdən əziyyət çəkən Moskva sakinlərinə evi tərk etməmək tövsiyə olunur. Eləcə də paytaxtdakı iş müəssisələrində işçilərin ən az […]