Yanvarın 3-də günorta saatlarında Nərimanov rayonu N.Hacıyev küçəsində yerləşən mənzillərdən birindən naməlum şəraitdə 50 000 manat pul və 30 000 manat dəyərində qızıl əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verib. Bildirilib ki, polis əməkdaşlarının isti izlərlə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-texniki tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxsin […]
Biz yaxşı bilirik ki, Qarabağ münaqişəsinin son iki ili ərzində Ermənistan qəsdən danışıqlar prosesini məhv etdi. Ermənistan hökuməti “Qarabağ Ermənistandır və nöqtə” və “bir qarış belə işğal olunmuş torpaq qaytarılmayacaq” kimi bir sıra təxribatçı bəyanat və hərəkətlərə yol verdi. Ermənistanın o vaxtkı müdafiə naziri açıq şəkildə Azərbaycanı yeni təcavüz və yeni işğal ilə hədələdi. Ermənistan […]
Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisələri ildən-ilə daha dəhşətli hal alır. Demək olar ki, iki gündən bir Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verir. Ölüm halları da kifayət qədər çox olur. Elə çox uzağa getməyək, iki gün əvvəl Sumqayıtdan Bakıya sərnişin daşıyan mikroavtobusun törətdiyi qəzada 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu tip sərnişindaşıma ilə məşğul […]