Bu gün Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) sədri Yaşar Fatih Karahanın rəhbərliyi ilə idarə heyətinin toplantısı keçirilib. İdarə heyətinin toplantısında verilən qərara əsasən, TCMB uçot faiz dərəcəsini 50 faiz səviyyəsində sabit saxlayıb. Qeyd edilib ki, uçot dərəcəsi ilə bağlı növbəti qərarlar inflyasiyanın əsas tendensiyasını azaldacaq və inflyasiyanı ortamüddətli dövrdə beş faiz hədəfinə çatdıracaq pul və maliyyə şərtlərini […]
Suriyadakı terror təşkilatı YPG/SDG/PKK Türkiyə sərhədlərindən geriyə çəkilməyə başlayıb. XəbərAl.az xəbər verir ki, bu məlumatı Fransanın AFR agentliyi yayıb. Məlumata görə, YPG/SDG terror təşkilatının Suriyanın şimalındakı ofisinin “rəsmiləri” verdiyi açıqlamada qeyd ediblər ki, bu qurumun silahlıları artıq Türkiyə sərhədlərindən geri çəkilməyə başlayıb. Terrorçular ərhəddə yerləşdirdiyi ağır silahları da geri çəkməyə start verib. YPG-nin sərhəd boyunca […]
Xızı rayonu ərazisində hərbi sursat aşkar edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Xızı rayonu, Ağdərə kəndi ərazisində partlayış təhlükəli əşya aşkar edilməsi barədə məlumat daxil olub. Məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə ərazidəki […]