Xırdalan qəsəbəsi, köhnə statistika ərazisində yerləşən yataqxanada məskunlaşan Qubadlı və Zəngilan şəhərindən olan məcburi köçkünlər çıxarılır. Sakinlər iddia edir ki, buna səbəb ərazinin tikinti şirkəti tərəfindən alınmasıdır. Bina sakini Mübariz Qayıbov bildirib ki, tikinti şirkəti burda yaşayanları evlərindən məcbur çıxardır. “Bizi çıxarıb başqa yerə göndərməkdənsə, deyirik, öz kəndimizə, rayonumuza göndərin”, – deyə Əli Zamanov qeyd edib. Daha […]
Ağcabədi Rayon İcra Hakimiyyətində yoxlama başlayıb. “Unikal”ın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyinin əməkdaşları hazırda icra hakimiyyətinin 2006-2019-cu il maliyyə dövrünü təftiş edirlər. Qeyd edək ki, həmin dövrdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov olub. Xeberal.az