“Fransanın Cənubi Qafqaz ölkələrinin işlərinə qarışmaq, Ermənistanı dəstəkləmək cəhdləri sırf onun maraqlarına əsaslanır və bu məsələdə altruizmdən söhbət gedə bilməz. Buna görə də Fransa 1990-cı illərin əvvəllərində Azərbaycan ərazilərinin 20%-i işğal edilən vaxt Azərbaycana heç bir, hətta humanitar yardım belə göstərmədi”. Bunu “Report”a açıqlamasında amerikalı jurnalist, təhlükəsizlik üzrə analitik, hüquqşünas İrina Zukerman deyib. “Əslində, Fransanın mövqeyi […]
Avstriyanın “Şturm” klubunun yarımmüdafiəçisi Xavier Serrano məşq zamanı arı udduğu üçün Avropa Liqasının qrup mərhələsinin I turunda Portuqaliya “Sportinq”i ilə oyunu buraxacaq. Futbolçu üzləşdiyi hadisə səbəbindən xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib və ciddi problem aşkarlanmayıb. Qeyd edək ki, bu gün keçiriləcək “Şturm” – “Sportinq” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Serrano Avstriya çempionatının cari mövsümündə […]
Antalyada çimərlikdə yerləşən bir obyektdə baş verən yanğın küləyin təsiri ilə böyüyərək tikilini yararsız hala salıb. Hadisə Antalyanın Muratpaşa səmtindəki Lara çimərliyində baş verib. Yanğının söndürülməsi üçün Antalya Böyükşəhər Bələdiyyəsi Xilasetmə qrupları cəlb edilib. Qrupların müdaxiləsi davam edərkən, tikili demək olar ki, tamamilə yanaraq yararsız hala düşüb. Hadisə zamanı xəsarət alanların olmadığı bildirilib. Mənbə: Haber Global Xeberal.az