Sharing is caring!
Oxşar Xəbərlər
Prezident Eldar Nuriyevi işdən azad etdi
Posted on Author mirismail
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Eldar Nuriyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. XəbərAl.az sərəncamın mətnini təqdim edir: 1. Eldar Qasım oğlu Nuriyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsindən azad edilsin. 2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Rusiyalı aktyor Hindistanda faciəvi şəkildə vəfat etdi – FOTO
Posted on Author Xəbər Al
Rusiyalı aktyor Maksim Beletski Hindistanda vəfat edib. Onun 37 yaşı olub. Bu barədə Yoşkar-Ola Respublika Kukla Teatrından bildirilib. Aktyorun ölüm səbəbləri açıqlanmır, ancaq “faciəli şəkildə öldüyü” vurğulanıb. “Qohumlarının məlumatına görə, o, yandırılaraq orada dəfn olunacaq”, – deyə kukla teatrının yaydığı bəyanatda bildirilib. Mənbə: RTVİ Xeberal.az
Şəhid kapitan Fərid Mehbalıyev İkinci Şəhidlər xiyabanında dəfn olundu – FOTO/VİDEO
Posted on Author Xeberal.az
Azərbaycan Ordusunun erməni təxribatı nəticəsində şəhid olan hərbi qulluqçusu dəfn olunub. APA xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) 28 yaşlı kapitanı Fərid Mehbalıyev Yasamal rayonu ərazisində yerləşən İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, Yasamal Rayon İcra Hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edib. Daha çox şəkil burada: Photostock.az Xeberal.az