Sharing is caring!
Oxşar Xəbərlər
BMT-in avtomobil karvanı minaya düşdü: Ölən və yaralananlar var
Posted on Author Xeberal.az
Birləşmiş Millətlər Təşkilatının (BMT) Mali missiyasının avtomobil karvanı minaya düşüb. Bu barədə missiyanın sözçüsü Olivye Salqado sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, hadisə Tessalit kəndi ilə Qao şəhəri arasındakı yolda yaşanıb. İnsident zamanı BMT Sülhməramlı Qüvvələrinin iki hərbçisinin öldüyü, beş hərbçinin isə yaralandığı bildirilib. Mənbə: Haber Global Xeberal.az
Bakıda ana və qızını maşın vurub öldürdü
Posted on Author Xeberal.az
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində baş verib. Sabirabad rayon sakini B.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Gədəbəy rayon sakini L.İbrahimovanı və qızını vurub. Nəticədə hər iki piyada hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az
İlham Əliyevin bolqarıstanlı həmkarı ilə təkbətək görüşü olub – FOTO
Posted on Author Xeberal.az
Sentyabrın 30-da Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevlə təkbətək görüşü olub. AZƏRTAC xəbər verir ki, dövlət başçıları əvvəlcə rəsmi foto çəkdiriblər. Xeberal.az