“Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm”. AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində bildirib. Dövlətimizin başçısı prezident seçkisində ona yenidən böyük etimad və dəstək göstərən Azərbaycan xalqına dərin təşəkkürünü ifadə edib. Xeberal.az
Azərbaycan Alban-udi dini icmasının nümayəndələri növbəti dəfə Kəlbəcər rayonunda “Xudavəng” məbədini ziyarət ediblər. “Report”un Kəlbəcər rayonuna ezam olunmuş əməkdaşı xəbər verir ki, icma nümayəndələri Pasxa bayramı münasibətilə monastırda dini ayinlərini icra ediblər və şamlar yandırıblar. Səfərdə, həmçinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və media nümayəndələri də iştirak edirlər. Xeberal.az
Şəkidə yeddiotaqlı fərdi yaşayış evi yanıb. APA xəbər verir ki, bu gün səhər saatlarında rayonun Baş Kəldək kəndində, kənd sakini Abduləziz Abdulqədir oğlu Süleymanova məxsus, ümumi sahəsi 280 kvadratmetr olan ikimərtəbəli, yeddi otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki və Oğuz rayonlarının Dövlət Yanğından Mühafizə […]