Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qusar rayonunun Caqar kəndində “Park Qusar” istirahət mərkəzinin ərazisində kotecdə yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-in Mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal çağırış üzrə cəlb olunub. Yanğın nəticəsində “Park Qusar” istirahət mərkəzinin ərazisində ümumi sahəsi 240 m² […]
“Gənclərdə eşitmə itkisi artıq nadir hadisə deyil”. Bu barədə rusiyalı həkim-audioloq-otorinolarinqoloq Yelena Baybakova danışıb. Onun sözlərinə görə, bunun ən çox yayılmış səbəblərindən biri qulaqlıqlardır. “Nəzarət olunmayan yüksəksəsli musiqi, xüsusən də metro vibrasiyası ilə birləşdikdə, güclü zədələyici təzyiq yaradır”, – deyə o xəbərdarlıq edib. Mütəxəssis səs-küyü batıran qulaqlıqlardan istifadə edilməyəndə bu halın daha çox müşahidə olunduğunu […]
Yaponiyanın “Mazda Motor” avtomobil korporasiyası Rusiyadakı fəaliyyətini dayandırır və Vladivostokdakı müştərək müəssisəndəki payını “Sollers Auto” şirkətinə vermək niyyətindədir. Məlumata görə, müvafiq müqavilə oktyabrın 24-də imzalanıb. Əməliyyatın məbləği simvolik olaraq 1 avro təyin edilib. Qeyd edək ki, “Mazda” 2012-ci ildə “Sollers” ilə birgə Vladivostokda avtomobil istehsalı müəssisəsi açıb. Mənbə: iz.ru Xeberal.az