Qətərin Xarici İşlər Nazirliyi İsveç səfirinə Quranın yandırılması ilə bağlı etiraz notası təqdim edib. “Qətər Xarici İşlər Nazirliyi bildirir ki, İslama və Qurana qarşı davam edən hücumlar fonunda İsveç səfirini çağırıb və İsveç hakimiyyətini bu çirkin əməli dayandırmağa çağıran rəsmi etiraz memorandumu təqdim edib”, – deyə əmirliyin diplomatik departamentinin bəyanatında bildirilib. Qeyd edək ki, iyulun […]
Fransanın müdafiə naziri Sebastien Lekornyu “Marvel Universe” filmi “Qara Pantera”nın yeni bölümündə fransız ordusunun təsvirini pisləyib. O, bu barədə “Twitter” hesabında yazıb: Lekornyu fransız jurnalistin “Marvel” filmində süjetə görə Malidə hərəkət edən muzdluların “Dyuna” antiterror əməliyyatında iştirak edən fransız əsgərləri kimi geyindikləri barədə mesajına belə reaksiya verib. “Silahlı qüvvələrimizin bu aldadıcı və yanlış təsvirini qətiyyətlə […]
Abşeron rayonu Fatmayı qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, zərərçəkən ərizə ilə polisə müraciət edərək evdən ümumi dəyəri 35 min manat olan qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Abşeron Rayon Polis İdarəsinin Mehdibad Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmin […]