Bakı-Ağstafa-Bakı marşrutu üzrə noyabrın 17-dən etibarən həftə sonlarında əlavə reyslər təyin ediləcək. “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) verdiyi məlumata görə, hər həftənin cümə və şənbə günləri Bakıdan saat 23:55-də yola düşən qatar növbəti gün saat 06:20-də Ağstafa stansiyasına çatacaq. Ağstafadan geriyə hər həftənin şənbə və bazar günlərində saat 08:30-da yola düşən qatar həmin gün saat […]
İranda iğtişaşlar, etiraz aksiyaları davam edir. “Azad İran” “Telegram” kanalında yayılan məlumata görə, Qərbi Azərbaycanın Mərivan şəhərində də etirazçı gənclər hökumət əleyhinə etiraza qalxıblar. Etirazçılar təkər və digər əşyalar yandıraraq yollarda keçilməz maneələr yaradıblar. Xeberal.az
Qazaxda bədbəxt hadisə baş verib. Oxu.Az xəbər verir ki, hadisə rayonun Canalı kəndində qeydə alınıb. 1993-cü il təvəllüdlü M.Əlizadəni avtoyuma məntəqəsində elektrik cərəyanı vurub. 29 yaşlı kişi xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az