Azərbaycanın aerobika gimnastikası üzrə gənclərdən ibarət millisi Çexiyanın paytaxtı Praqada keçirilən “Czech Aerobic Open” beynəlxalq turnirində gümüş medal qazanıb. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb. Bildirilib ki, Fidan İbrahimova, Leyla Əhmədova və Evelina Kozlovskayadan ibarət heyət ikinci yeri tutub. Adı çəkilənlər “üçlük” proqramında uğurlu çıxış ediblər. Xeberal.az
Daxili İşlər Nazirliyi özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun üzvlərinin oktyabrın 19-da keçirdikləri aksiya barədə növbəti açıqlama yayıb. XəbərAl.az xəbər verir ki, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun üzvləri oktyabrın 19-da aksiya keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmələri, bu məqsədlə onlara müvafiq yer ayrılmasına baxmayaraq, müxalifət təmsilçiləri paytaxtın mərkəzində ictimai qaydanın […]
Azərbaycanın Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturlarının təşkilini davam etdirir. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər, Cəbrayıl, Zəngilan və Qubadlı rayon Dövlət Yanğından Mühafizə hissələri müvafiq olaraq Şuşa, Cəbrayıl, Zəngilan və Qubadlı şəhərlərində fəaliyyətə başlayıb. Bütün hissələr xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika […]