AKTUAL manset

DİN Milli Şuranını mitinqi ilə bağlı vətəndaşlara təşəkkür etdi – Mətn

Sharing is caring!

Daxili İşlər Nazirliyi özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun üzvlərinin oktyabrın 19-da keçirdikləri aksiya barədə növbəti açıqlama yayıb.

XəbərAl.az xəbər verir ki, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun üzvləri oktyabrın 19-da aksiya keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmələri, bu məqsədlə onlara müvafiq yer ayrılmasına baxmayaraq, müxalifət təmsilçiləri paytaxtın mərkəzində ictimai qaydanın kobud pozuntusu ilə müşayiət olunan hərəkətlərə yol veriblər.

Razılaşdırılmamış mitinqin keçirildiyi ərazidə ictimai qaydanın kobud pozuntusu ilə müşayiət olunan hərəkətlərin, insanlar arasında yarana biləcək qarşıdurmanın, əhalinin rahatlığının pozulmasına yönələn hərəkətlərin qarşısı polis əməkdaşları tərəfindən qanun çərçivəsində alınıb.

Bu zaman fəaliyyətlərinə heç bir maneə yaradılmadan, hadisələri işıqlandırmaq məqsədi ilə çəkiliş aparan şəxslər tərəfindən polisin fəaliyyətinə dair bir neçə olay, Avropa dövlətlərində baş verən hadisələrlə montaj edilərək, sosial şəbəkələrdə paylaşılır.

Xüsusi qruplar tərəfindən polisin imicini ləkələmək məqsədi ilə təhqir, böhtan, söyüşlərin paylaşıldığı bu statuslar, xalqın böyük əksəriyyəti tərəfindən narazılıqla qarşılanır və bununla bağlı ölkə vətəndaşları və ölkəmizə xüsusi simpatiyası olan əcnəbilər tərəfindən paylaşılan etirazlarda ölkəmizin qanunlarına hörmət, polis əməkdaşlarına ehtiram ifadə olunur.

Bununla əlaqədar ictimai asayişi qoruyan polisin çətin və şərəfli fəaliyyətinə verdiyiniz dəyərə, vətəndaş mövqeyinizə görə təşəkkür edirik.

Bildiririk ki, zamanın sərt sınaqlarından çıxmış, həmişə dövlətçiliyimizin etibarlı müdafiəçisi, vətəndaşların ümid yeri olan daxili işlər orqanlarının şəxsi heyəti qaragüruhçuların nə deməsindən asılı olmayaraq öz fəaliyyətini, dövlətçiliyə və xalqa sədaqət ruhunda davam etdirir və bundan sonra da belə olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir