Sharing is caring!
Oxşar Xəbərlər
İlham Əliyev səfiri geri çağıraraq – Yeni vəzifə verdi
Posted on Author Xəbər Al
Prezident İlham Əliyev Fərid Şəfiyevin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. XəbərAl.az xəbər verir ki, prezidentin digər sərəncamı ilə Fərid Rauf oğlu Şəfiyev Azərbaycanın Çex Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Qeyd edək ki, prezident İlham Əliyev fevralın 6-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin yaradılması haqqında Fərman imzalayıb.
Azərbaycan banklarında rəqəmsal proseslər üzrə struktur dəyişikliklər gözlənilir
Posted on Author Xeberal.az
“Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası”nın tətbiqindən sonra Azərbaycanda fəaliyyət göstərən bankların işində bir sıra dəyişikliklər gözlənilir. Bu barədə “Report”a “Azərbaycan Banklar Asossiyasiyası” (ABA) İctimai Birliyinin İnformasiya Təhlükəsizliyi Qrupunun rəhbəri İlqar Əliyev bildirib. Onun sözlərinə görə, yeni qaydaların işə düşməsi ilə əlaqədar olaraq banklarda müvafiq siyasət, prosedurlar və təlimatlar hazırlanır: “Qaydanın tələblərinə görə, rəqəmsal proseslər […]
Nazirlik vətəndaşlara xəbərdarlıq edib
Posted on Author Xeberal.az
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi vətəndaşları təşkilatların adından həyata keçirilən fişinq kampaniyaları barədə xəbərdar edib. Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, kiberdələduzlar istifadəçiləri tələyə salmaq və fərdi məlumatlarını ələ keçirmək məqsədilə onlara təşkilatların adından saxta SMS-lər göndərirlər, bu SMS-dəki linklərə keçid etməyi təklif edirlər. Keçidə daxil olduqdan sonra bank kartları məlumatlarını daxil etmələri […]