ABŞ BMT Təhlükəsizlik Şurasında öz veto hüququndan istifadə edib. Bildirilib ki, Birləşmiş Ştatlar BƏƏ-nin hazırladığı Fələstin-İsrail münaqişəsi zonasında dərhal atəşkəs tələb edən humanitar qətnamə layihəsini veto edib. Qətnamənin lehinə isə Rusiya və Çin də daxil olmaqla BMT Təhlükəsizlik Şurasının 15 üzvündən 13-ü səs verib. Mənbə: TASS Xeberal.az
Tehranda səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran İslam Şurasının sədri Məhəmməd Bəkir Qalibaf ilə də görüşüb. Görüşdə tərəflər ölkələr arasında əlaqələrin inkişafı barədə müzakirələr aparıblar. C. Bayramovun İrana səfəri çərçivəsində Prezident Seyid İbrahim Rəisi ilə də görüşü gözlənilir. Qeyd edək ki, Ceyhun Bayramov İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın dəvəti ilə Tehrana səfər edib. Mənbə: Mehrnews […]
Bakının mərkəzi küçələrində piyadalar üçün nəzərdə tutulmuş səkilər zəbt edilib. Oxu.Az-ın məlumatına görə, Nəsimi rayonunun Dilarə Əliyeva küçəsində piyada səkiləri ayrı-ayrı şəxslər, ofis sahibləri tərəfindən tutulub. Nəticədə həmin səkilərlə təhlükəsiz şəkildə hərəkət etməli olan piyadalar böyük çətinliklərlə üzləşirlər. Səkilər zəbt olunduğu üçün piyadalar avtomobil yolu ilə hərəkət etmək məcburiyyətində qalırlar ki, bu da həm onların həyatı, […]