Şəmkirdə məsul şəxs cərimələnib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə iyulun 5-də Şəmkir rayonu ərazisində keçirdikləri tədbirlər zamanı məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi və çirkab suların torpağa axıdılması faktları aşkar olunub. […]
Almaniyanın vitse-kansleri və iqtisadiyyat naziri Robert Habek bu gün Ukraynaya səfər edib. Vitse-kansleri səfərdə Almaniyanın biznes adamlarından ibarət kiçik nümayəndə heyəti müşayiət edir. Nazirin səfərinin məqsədi Ukraynanın bərpası, eləcə də enerji sahəsində əməkdaşlığın inkişafı məsələlərinin müzakirəsidir. Habekin sözlərinə görə, onun səfəri Almaniyanın Ukraynanın qələbəsinə və bərpasına inandığına və bu işdə kömək etməyə hazır olduğuna işarədir. […]
Bu gün axşam saatlarında Gəndob-Yalama yolunda yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə yolun Xaçmaz rayonunun Müşkür kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” və “KİA” markalı maşınların toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alanlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırmalar aparılır. Xeberal.az