“Qonşun pisdir, köç, qurtar” deyimi dövlətlərə şamil edilmir. Odur ki, dövlətlərin mehriban yanaşı yaşaması aksiomdur. Bu dəyişməz prinsipə qarşı çıxmaq isə müharibə, münaqişə, sonu bilinməyən müzakirələr, qarşıdurma və başqa bu kimi halların yaranmasına səbəb olur. Bunlar həm də aksiomu isbatlamaq istəyi kimi yersiz bir cəhddir. 30 ildən çox Ermənistanda bir qisim qüvvələr və onların havadarları […]
Oktyabrın 31-də yol-nəqliyyat hadisəsi zamanı yaralanan Sumqayıt sakini bu gün ölüb. “Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində yaralanan sürücülərdən biri, Sumqayıt şəhər sakini 26 yaşlı Sənan Vüqar oğlu Kərimov bu gün müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, hadisə Kürdəmir rayonunda qeydə alınıb. Faktla bağlı Sumqayıt Şəhər Prokuroluğunda araşdırma aparılır. Xeberal.az
Ermənistanın Xarici işlər naziri Zöhrab Mnatsakanyan iyulun 18-də ABŞ-a işgüzar səfər edəcək. XeberAl.az xəbər verir ki, səfər çərçivəsində Mnatsakanyan dini etiqad azadlığı ilə bağlı nazirlər konfransına qatılacaq. Onun tədbirdə çıxışı da nəzərdə tutulub. Hazırda Ermənistan parlamentin spikeri Ararat Mirzoyan və baş nazirin müavini Tiqran Avinyan da ABŞ-da səfərdədir.