Türkiyənin qazandığı uğurlar: Ankara dünyada söz sahibinə çevrilib Türkiyə Cümhuriyyətinin 100 illik tarixində mövcud hakimiyyət daha uzunömürlü və qətiyyətli olub. 1991-ci ildən 2002-ci ilədək Türkiyədə 7 dəfə hökumət dəyişib. Bundan əvvəl isə Türkiyə hərbi çevrilişlərin baş verdiyi ölkə olaraq tanınırdı. Çevrilişlərdən sonra isə Türkiyə hər iki ildən bir dəyişən, bəzən bir neçə ay sürən hökumətlər […]
Hər axşam Bakı-Sumqayıt yolu qaranlığa qərq olur. Oxu.Az xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkələrdə paylaşılıb. Belə ki, hər gün axşam saat 20:00-dan sonra sözügedən yolda işıqlar söndürülür. Paylaşımda qeyd edilib ki, yolun hansı səbəbdən qaranlığa qərq olduğunu aidiyyəti qurumların heç biri açıqlamaq istəmir. Həmin görüntüləri təqdim edirik: Xeberal.az
İranda 2022-ci il sentyabrın 16-da “əxlaq polisi” tərəfindən həbs olunduqdan sonra ölümü aylarla etirazlara səbəb olan gənc iranlı qadın Məhsa Əmininin əmisi həbs edilib. “Henqau” kürd insan haqları təşkilatı və mərkəzi Fransada yerləşən Kürdüstan İnsan Haqları Şəbəkəsi ayrı-ayrılıqda açıqlama verərək 30 yaşlı Safa Aelinin məmləkəti Sakkizdə təhlükəsizlik qüvvələri tərəfindən tutulduğunu və naməlum yerdə saxlandığını açıqlayıb. […]