Azərbaycan əsilli, rusiyalı milyarder Fərhad Əhmədovun evində və obyektlərində axtarışlar aparılır. APA-nın əldə etdiyi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən milyarderin Göyçayda yerləşən villasında və ona məxsus obyektlərdə axtarışlar keçirilib. Lakin onun saxlanılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Xeberal.az
Bakıda 16 yaşlı qız, 9 yaşlı oğlan itkin düşüb. APA xəbər verir ki, Binəqədi rayon ərazisində dekabrın 26-da 2007-ci il təvəllüdlü Şəbnəm Əlişova yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Bundan başqa Rəsulzadə qəsəbəsində yaşayan, 2014-cü il təvəllüdlü Onur Bəkirov ötən gün yaşadığı evdən çıxaraq itkin düşüb. Xeberal.az
Bir neçə gün əvvəl Heydər Əliyev Beynəlxalq Hava Limanında silahla tutulan şəxsin kimliyi müəyyənləşib. “Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, aeroport ərazisində yoxlanış zamanı çantasından tapança, 6 patron və 1 ədəd patron darağı aşkar edilən şəxs Litva vətəndaşı Şmiginas Gedimas olub. Mərkəzi ofisi Omanda yerləşən “Golden Energy” şirkətinin sahibi olan 1980-ci il təvəllüdlü Ş.Gedimas […]