“Prezident İlham Əliyevin dəstəyi sayəsində Azərbaycandan gələn qaz bizi və Avropanı xilas etdi. Bu qış Azərbaycan bizə dəstək olmasaydı, nə edərdik?” “Report”un xəbərinə görə, bunu 2018-2019-cu illərdə Rumıniyanın Baş nazirinin müavini, Rumıniya parlamentinin üzvü Ana Birçall X Qlobal Bakı Forumu çərçivəsində “Avrasiya zonasında yeni enerji və nəqliyyat dəhlizlərinin rolu” mövzusunda keçirilən növbəti panel iclasda çıxışı […]
Slovakiya və Ukrayna sərhədində yerləşən Vısne Nemeçki keçid məntəqəsinin qarşısında ağırtonnajlı yük maşınları beş gündür növbə gözləyir. Bu barədə jurnalistlərə Slovakiya sərhəd xidmətinin nümayəndəsi Aqnes Koperniçka məlumat verib. “Slovakiyanın Ukrayna ilə sərhədindəki Vısne Nemeçki keçid məntəqəsində yük maşınlarının növbəsi təxminən 20 kilometr uzanıb”, – o bildirib. Onun sözlərinə görə, avtobusların və minik avtomobillərinin hərəkətində heç bir […]
Qardaş ölkə Türkiyədə “Doğu Akdeniz-2023” beynəlxalq təliminin noyabrın 23-də “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı donanma admiralı Ercüment Tatlıoğlu ilə yanaşı Azərbaycan HDQ-nin, eləcə də digər dost və müttəfiq ölkələrin nümayəndələri də iştirak ediblər. Qonaqlar təlimin növbəti epizodları üzrə […]