“Otuz ilə yaxın idi ki, dünyanın aparıcı dövlətlərindən, nüfuzlu beynəlxalq təşkilatlarından, xüsusilə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə 1992-ci ildə yaradılan, amma fəaliyyətsizliyi ilə tarixə düşən ATƏT-in Minsk qrupu həmsədrlərindən ədalətli mövqe gözləyən Dağlıq Qarabağ münaqişəsi dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli ordumuzun şücaəti sayəsində öz həllini tapdı. Ölkəmizi daim […]
Qəbələdə 38 yaşlı şəxs intihar edib. “Report”un məlumatına görə, Qəbələ şəhər sakini, 1985-ci il təvəllüdlü Elnur Fuad oğlu Məmmədov yaşadığı evin hamamında özünə kəsici alətlə xəsarət yetirərək həyatına son qoyub. Faktla bağlı araşdırma aparılır. Xeberal.az
Bakıda şirkətin külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən Orxan Məmmədov, Zaur Babayev, Cəbrayıl Cəbrayılov, Fuad Xəlilzadə və Murad Rəsulovun cinayət işinin bəzi detalları məlum olub. “Report”un əldə etdiyi məlumata görə, istintaq materiallarında qeyd olunub ki, O.Məmmədov “İnteqral” QSC-nin məişət əşyalarının və texnikasının topdan satış kateqoriya üzrə meneceri vəzifəsində işləyib. O, həmin müddət ərzində öz qulluq mövqeyindən […]