Sharing is caring!
Oxşar Xəbərlər
“Atletiko” Ronaldonu almaq üçün Qrizmandan imtina edir – İDDİA
Posted on Author Xeberal.az
“Atletiko” hücumçu Antuan Qrizmanla əməkdaşlığa son qoymağa hazırdır. “The Times”ın yazdığına görə, Madrid klubu “Mançester Yunayted”in hücumçusu Kriştianu Ronaldonu transfer etməyə çalışır. Bunun üçün klub məvacib xərclərini azaltmalı olacaq. Məlumata görə, artıq Qrizmanın hesabına buna cəhd edilib. Fransız futbolçunun müxtəlif komandalara təklif olunduğu iddia edilir. Onların arasında PSJ də var. Lakin parislilər transferdən imtina ediblər. […]
Səhiyyə Nazirliyinin terapevti respirator viruslardan danışacaq – ANONS
Posted on Author Xeberal.az
Bu gün Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsindəki növbəti canlı yayım respirator viruslar haqqında olacaq. Oxu.Az-ın məlumatına görə, canlı yayımın qonağı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılovadır. Yayım ərzində mövzu ilə bağlı sizi maraqlandıran sualları şərh bölməsinə qeyd edə və ya canlı yayımda Günay xanıma ünvanlaya bilərsiniz. Xeberal.az
Rus Pravoslav Kilsəsinin Bolqarıstandakı baş keşişi ölkədən qovulub
Posted on Author Xeberal.az
Bolqarıstanın paytaxtı Sofiyada yerləşən Rus Pravoslav Kilsəsinin baş keşişi ölkədən çıxarılıb. Bu barədə Rusiyanın Bolqarıstandakı səfirliyindən məlumat verilib. “Bolqarıstan hakimiyyəti hesab edir ki, ata Vassian ölkənin milli təhlükəsizliyinə təhdid yaradır”, – deyə Rusiyanın Bolqarıstandakı səfirliyinin yaydığı qısa açıqlamada qeyd olunur. Hələlik Bolqarıstan hökuməti məsələ ilə bağlı açıqlama yaymayıb. Mənbə: TASS Xeberal.az