Polşanın Romadakı səfiri Anna Mariya Anders miqrantların Avropa Birliyi ərazisində paylaşdırılması üzrə yeni razılaşmanı ölkəsinin qəbul etmədiyini bildirib. XəbərAl.az xəbər verir ki, səfir Polşanın yalnız dil və ənənələr baxımından xalqa yaxın ölkələrdən gələn miqrantları qəbul edəcəyini açıqlayıb: “Avropa Birliyi yenidən bölüşdürülməni istəyir, amma biz fikrimizi dəyişməyəcəyik. Rəsmi Varşava onsuz da çox iş görür. Polşada bir […]
“Bu gün erkən nikahların əksəriyyətini axundlar həyata keçirirlər”. “Report”un xəbərinə görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib. “Selektiv abortlara görə dünyada lider olmağımız ürəkağrıdıcı bir faktdır. Erkən nikahların qırmızı xətt olduğunu deyirsiniz. Bu gün erkən […]
Saatlıda 50 yaşlı intihar edib. APA xəbər verir ki, Saatlı rayonunun Əbilkənd kənd sakini, 1973-cü il təvəllüdlü Zahid Vəli oğlu Abasov özünü yaşadığı evin çardağından asaraq intihar edib. Onun içkili vəziyyətdə özünə qəsd etdiyi bildirilir. Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır. Xeberal.az