Bakıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən Göyçək Əliməmmədovaya hökm oxunub və o, 6 il müddətinə azadlıqdan mərhum edilib. “Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə elan olunub. Qeyd edək ki, G.Əliməmmədova ötən ilin noyabrın 27-də saxlanılıb. O, paytaxtın müxtəlif yerlərində, həmçinin bəzi orta […]
Koreya Respublikasının Prezidenti Yun Sok Yol Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. President.az xəbər verir ki, təbrik məktubunda deyilir: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Koreya Respublikasının hökuməti və xalqı adından səmimi-qəlbdən təbrik edirəm. Uzaqgörənliyiniz və liderliyiniz sayəsində Azərbaycan Respublikasının davamlı şəkildə inkişaf edəcəyinə əminəm. Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulduğu 1992-ci ildən bəri […]
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə “Taxtakörpü” su anbarında bir nəfərin meyitinin müşahidə olunması barədə məlumat daxil olub. Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Xeberal.az